Şahmatsevərlərin səbirsizliklə gözlədiyi Ganja Open 2026 möhtəşəm Gəncə İdman Sarayında keçiriləcək!
🏆 Festival A və B qrupları üzrə təşkil olunacaq.
🔹 A qrupu – beynəlxalq reytinqi 1900 və daha yüksək olan şahmatçılar üçün
🔹 B qrupu – beynəlxalq reytinqi 1899 və daha aşağı, eləcə də reytinqsiz şahmatçılar üçün
♟️ Hər iki qrupda yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq və FIDE-nin şahmat qaydaları əsasında keçiriləcək.
⏱️ Vaxt nəzarəti:
• A qrupu: 90 dəqiqə + hər gedişə 30 saniyə əlavə
• B qrupu: 60 dəqiqə + hər gedişə 30 saniyə əlavə
• Rapid: 10 dəqiqə + hər gedişə 3 saniyə əlavə
• Blits: 3 dəqiqə + hər gedişə 2 saniyə əlavə
🔥 Güclü rəqabət, yüksək səviyyəli şahmat və möhtəşəm atmosfer sizi Gəncə İdman Sarayında gözləyir!
📅 Ganja Open 2026 – şahmatın Gəncədəki böyük bayramı!
Ətraflı məlumat və qeydiyyat şərtləri tezliklə elan olunacaq.
#GanjaOpen2026 #Chess #Ganja #GanjaSportsPalace
